Almaniya "Hoffenhaym"ı futbolçusu Andrey Kramariçlə müqavilənin müddətini uzadıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı hücumçu ilə 2025-ci ilin iyununadək yeni sözləşmə imzalanıb.
2016-cı ildən Bundesliqa təmsilçisində çıxış edən 31 yaşlı forvard 101 qolla komanda tarixinin ən yaxşı bombardiridir.
Qeyd edək ki, Xorvatiya millisinin də üzvü olan Andrey Kramariç "Hoffenhaym"da 211 oyun keçirib.