
İspaniya "Real Madrid"i futbolçusu Vinisius Juniorun müqaviləsinin müddətini uzadacaq.
Sportnet.az "Sky Sport Italia" nəşrinə istinadən xəbər verir ki, braziliyalı hücumçu ilə yeni uzunmüddətli sözləşmə imzalanacaq.
Bildirilib ki, danışıqların prosesinin son mərhələsi cari mövsüm başa çatdıqdan sonra olacaq. 22 yaşlı forvardın yayda Fransa PSJ-sindən transferi planlaşdırılan Kilian Mbappe ilə yaxşı tandem təşkil edəcəyi gözlənilir.
Qeyd edək ki, Vinisius Juniorun "Real Madrid"lə 2024-cü ilin yayınadək müqaviləsi var.