Almaniyanın "Bavariya" klubunun futbolçusu Benjamin Pavar koronavirusa yoluxub.
Sportnet.az-ın məlumatına görə, fransalı müdafiəçi bu səbəbdən karantinə alınıb. Onun özünü yaxşı hiss etdiyi və xəstəliyi simptomsuz keçirdiyi bildirilib. 26 yaşlı oyunçuda son bir ayda ikinci dəfə infeksiya aşkarlanıb.
Pavar ötən gün Fransa millisinə dəvət alıb. Onun heyətdən çıxarılacağı gözlənilir.
Qeyd edək ki, daha əvvəl "Bavariya"nın digər aparıcı müdafiəçisi Niklas Züle ağır zədə alıb.