
"Gözəl oyun oldu. İki güclü komanda qarşılaşdı. Hər ikisi yüksək yerlər uğrunda mübarizə aparır. İlk qolu biz vurduğumuz üçün üstünlük bizim tərəfimizə keçdi və qələbə qazandıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Eddi İsrafilov evdə "Qəbələ"yə 4:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XX tur matçından sonra mətbuat konfransında deyib.
30 yaşlı yarımmüdafiəçi öz üzərində çox işlədiyini bildirib: "Çalışıram ki, maksimumu verə bilim. Bu, uzun yoldur və burada sənə dəstək verən çox adam olmur. Sonda daha yaxşı nəticə göstərmək üçün çox çalışmalıyam".
Təcrübəli oyunçu 2 ildən sonra yenidən yığmaya çağırıldığını təsdiqləyib: "Milli komandaya dəvət almışam. Çalışacağam ki, orada da əlimdən gələni edim və yığmaya köməyim dəysin".
O, sonda vurduğu qolları qızına həsr etdiiyni söyləyib: "Hazırda ancaq "Neftçi"nin uğurlarını düşünürəm. Adaptasiya dövrünü keçmişəm. İndi bütün fikrim komandamdadır".