
Azərbaycan Premyer Liqasının XX tur matçında üz-üzə gələcək "Zirə" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.
Sportnet.az xəbər verir ki, "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev qış fasiləsindən sonra ilk dəfə meydana ilk "11-lik"də çıxacaq.
O, 2021-ci ilin dekabrında sağ qolundakı problem üzündən əməliyyat olunub və 3 ayadək yaşıl meydanlardan uzaq qalıb.
“Zirə”: 1. Mehdi Cənnətov 21. Hacıağa Hacılı 32. Qismət Alıyev (k) 19. Təmkin Xəlilzadə 5. Rahil Məmmədov 18. Davit Volkov 44. Dmitrios Çantakias 47. Mohamed Hamdaui 9. Loris Broqno 14. Hamidu Keyta 13. Ramin Əhmədov
Ehtiyat oyunçular: 41. Anar Nəzirov 22. Nail Alışov 8. İlkin Muradov 10. Ağabala Ramazanov 2. Sertan Taşkın 15. Ruslan Abışov 91. Coşqun Diniyev 92. Brayan Alseus 99. Ahmed Ayzaya 51. Rüstəm Nuruyev 4. Cəlal Hüseynov 56. Samir Ağayev
Baş məşqçi: Rəşad Sadıqov
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev 5. Maksim Medvedev (k) 2. Qara Qarayev 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 10. Abdullah Zubir 81. Kevin Medina 6. Patrik Andrade 20. Kadi Borqes 15. Leandro Andrade 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 18. İsmayıl İbrahimli 19. Filip Ozobiç 7. Riçard Almeyda 29. Marko Veşoviç 25. Vadji İbrahima 97. Rüstəm Əhmədzadə 27. Toral Bayramov 22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək oyun saat 19:00-da başlanacaq.