
Argentinalı tanınmış baş məşqçi Ernan Kresponun yeni klubu bəlli olub.
Sportnet.az-ın məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.
47 yaşlı mütəxəssis karyerasını Qətər təmsilçisi "Əl-Duhail"də davam etdirəcək. Kresponun müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub. O, bu postda portuqaliyalı Luiş Kaştrunu əvəzləyəcək.
Qeyd edək ki, Ernan Krespo son olaraq Braziliyanın "San-Paulu" klubunda işləyib.