Futbol üzrə İtaliya milli komandasının iki əməkdaşı koronavirusa yoluxub.
Sportnet.az-ın İtaliya Futbol Federasiyasının (FIGC) rəsmi saytına istinadən məlumatına görə, yığmanın COVID-19 testi müsbət çıxmış nümayəndələri karantinə alınıb. Millinin düşərgəsində olan futbolçular isə əlavə testdən keçməli olacaqlar.
Qeyd edək ki, martın 24-də İtaliya yığması dünya çempionatının pley-off mərhələsinin yarımfinal matçında Şimali Makedoniya ilə üz-üzə gələcək. Qələbə təqdirində, baş məşqçi Roberto Mançininin komandası Portuqaliya - Türkiyə qarşılaşmasının qalibi ilə finalda görüşəcək. Dünya çempionatı 21 noyabr - 18 dekabrda olacaq.