Azərbaycan Premyer Liqasında XXI turun "Neftçi" - "Zirə" oyununun yeri dəyişdirilib.
Sportnet.az-ın Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən məlumatına görə, "ağ-qaralar" "Bakcell Arena"da planlaşdırılan renovasiya işlərini əsas gətirib.
"Neftçi" "Zirə"yə qarşı keçirəcəyi III və IV dövrə oyunlarının yerinin dəyişdirilməsini xahiş edib.
Stadionda aparılacaq işləri, "Neftçi"nin müraciətini və "Zirə"nin razılıq məktubunu rəhbər tutan PFL müraciəti müsbət cavablandırıb.
XXI turun oyun cədvəli:
2 aprel (şənbə)
16:00. “Qarabağ” – “Səbail”
“Azersun Arena”
18:15. “Sumqayıt” – “Sabah”
“Kapital Bank Arena”
3 aprel (bazar)
15:00. “Qəbələ” – “Keşlə”
Qəbələ şəhər stadionu
17:15. “Neftçi” – “Zirə”
“Bakcell Arena".