Fransanın "Bordo" klubunun futbolçusu Loran Koselni karyerasını başa vurub.
Sportnet.az-ın məlumatına görə, 2016-cı il Avropa çempionatının gümüş mükafatçısı qərarını 36 yaşında ikən elan edib.
Koselni "Bordo"da 2019-cu ildən çıxış etməyə başlayıb. O, komandada son oyununu 2021-ci ilin dekabrında keçirib. Daha sonra müdafiəçi əsas komandadan kənarlaşdırılıb və əmək haqqından imtina etməklə, klubda vəzifə alıb.
Qeyd edək ki, Loran Koselni daha çox İngiltərə "Arsenal"ındakı çıxışları ilə tanınıb. O, 2010 - 2019-cu illərdə "topçular"ın şərəfini qoruyub. Koselni Fransa millisində 51 oyuna 1 qol vurub.