Türkiyənin regional həvəskar liqasında (BAL) keçirilən "Fırat Üniversitesi GSK" - "Bismil 1936 Gençlik ve Spor" oyununda kütləvi dava düşüb.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, 88-ci dəqiqədə futbolçular arasında münaqişə yaşanıb.
Meydan sahibləri 4:1 hesabı ilə öndə olarkən insident başlayıb. Hadisəyə təhlükəsizlik əməkdaşları bibər qazı ilə müdaxilə edib. Baş hakim Elazığ təmsilçisindən 6 futbolçu, bir idarəçi, "Bismil 1936 Gençlik ve Spor" klubundan isə 10 futbolçu və bir idarəçiyə qırmızı vərəqə göstərib.
Türkiyə Futbol Federasiyası yarımçıq qalmış görüşlə bağlı qərar verəcək.