Kilian Mbappe Fransa millisində yeni rekorda imza atıb.
Sportnet.az "Opta Jean" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu buna Cənubi Afrika Respublikası seçməsini 5:0 hesabı ilə məğlub etdikləri yoldaşlıq görüşündə nail olub.
Qarşılaşmada dubl edən forvard yığmanın heyətində XXI əsrdə ardıcıl beş matçın hər birində ən azı iki qol vuran ilk oyunçu kimi tarixə düşüb.
Qeyd edək ki, Fransanın PSJ klubunda çıxış edən Mbappe 2017-ci ildən millinin formasını geyinir. Hücumçu bu müddət ərzində 53 oyunda 24 dəfə fərqlənib. Forvard 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının da qalibidir.