"Trabzonspor" klubunun azarkeşləri Türkiyə Super Liqasında "Antalyaspor"a qarşı keçirəcəkləri XXXV tur oyunundan əvvəl Şuşaya səfər edib.
Sportnet.az-ın məlumatına görə, fanatlar Şuşa qalasının qarşısında klubun nəhəng bayrağını açıblar.
Tərəfdarlar Qara dəniz təmsilçisinin dəyişməz ifadəsi olan "Bizə hər yer Trabzon" şüarını səsləndiriblər.
Qeyd edək ki, aprelin 30-da keçiriləcək "Trabzonspor" - "Antalyaspor" matçı Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Meydan sahibləri rəqibinə uduzmasa, çempionluğu təmin edəcək.
Azerbaycan Karabağ pic.twitter.com/b9OEPrqWrX
— HaberTS (@HaberTScom) April 25, 2022