
"Mançester Siti"nin futbolçusu Kevin De Brüynenin İngiltərədə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda İspaniya "Real Madrid"iinin qapısına vurduğu qol turnirin tarixinə düşüb.
Sportnet.az ESPN-ə istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi indiyədək baş tutmuş yarımfinal görüşlərində ən erkən qolun müəllifi olub.
31 yaşlı oyunçu 2-ci dəqiqədə və ya 93-cü saniyədə rəqib qapısına yol tapmaqla hesabı açıb.
Qeyd edək ki, "Mançester Siti" ilk hissədən sonra "Real Madrid"ə qalib gəlir - 2:1.