
İspaniyanın "Real Madrid" klubu hazırda İngiltərə "Mançester Yunayted"ində çıxış edən Kriştianu Ronaldunu qaytara bilər.
Sportnet.az-ın "Mirror" nəşrinə istinadən məlumatına görə, transferin yayda rəsmiləşdirilməsi nəzərdə tutulub.
Ronaldu "qırmızı şeytanlar"a 2021-ci ilin avqustunda dönüb. Onun müqaviləsi 2023-cü ildə bitməlidir. "Kral klubu"nda isə portuqaliyalı hücumçu
2009 - 2018-ci illərdə forma geyinib və üst-üstə 15 titul əldə edib.