2022-ci ilin ilk dörd ayı ərzində yüksək liqalarda ən çox qol vurmuş futbolçular açıqlanıb.
Sportnet.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, siyahıya Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe və Almaniya "Bavariya"sının forvardı Robert Levandovski başçılıq edir.
Hər iki oyunçu indiyədək çıxış etdikləri çempionatlarda 15 dəfə fərqləniblər. İtaliya "Latsio"sundan Çiro İmmobile, Macarıstan "Paksi"sindən Martin Adam və Qananın "Asante Kotoko" klubunda çıxış edən kamerunlu Frank Etuqa hərəyə 14 qola imza atıblar.
Siyahıdakı 26 futbolçudan 4-ü 13, 6-sı 12, 11 isə 11 qolla yadda qalıb.
Azərbaycan Premyer Liqasında 2022-ci ildə ən çox qolu "Qarabağ" klubundan Kadi Borges vurub. 26 yaşlı yarımmüdafiəçi 7 dəfə topu rəqib qapılarından keçirib.