
Türkiyənin "Qalatasaray" klubu baş məşqçisi Domenek Torrenlə vaxtından əvvəl vidalaşa bilər.
Sportnet.az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi ispaniyalı mütəxəssisi istefaya göndərmək üçün mövsümün sonunu gözləmək istəmir.
Klubun prezidenti Burak Elması uğursuz nəticələrlə yanaşı, 60 yaşlı baş məşqçinin mətbuata verdiyi açıqlamalar da narahat edir. Odur ki, funksioner Torrenlə ən qısa zamanda görüşüb, müqaviləyə xitam verilməsinə çalışacaq.
Qeyd edək ki, Domenek Torrenin "Qalatasaray"la 2023-cü ilin yayınadək sözləşməsi var. "Cim-Bom" bu mövsüm 35 oyundan sonra 47 xalla 11-ci pillədə qərarlaşıb.