"Qalib gələ bilmədiyimiz üçün məyus olduq. Amma komandamın döyüşkənliyini gördüm".
Sportnet.az-ın məlumatına görə, bunu "Şamaxı"da baş məşqçi vəzifəsini icra edən Rüstəm Əliyev evdə “Səbail”lə qolsuz bərabərə qaldıqları Premyer Liqanın XXV tur matçından sonra deyib.
O bildirib ki, futbolçular verilən tapşırıqları yerinə yetiriblər: "Səbrli olmaq, məğlubiyyətləri unutdurmaq lazımdır. Gələcəkdə bundan da yaxşı oynamağa çalışacağıq".
Mütəxəssis matçın sonlarındakı mübahisəli epizoda da toxunub: "Biz də kənardan elə gördük ki, top rəqibin əlinə dəydi. Yenə də epizoda təkrar baxmaq lazımdır".