UEFA Millətlər Liqasının qrup mərhələsinin II turunda keçiriləcək Belarus - Azərbaycan oyununun təyinatları açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Məhəmməd Əl-Hakimə Fredrik Kliver və Markus Lundqren Klitte laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Qranit Magedonçi yerinə yetirəcək.
Qeyd edək ki, mayın 6-da Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Azərbaycan yığması bu gün Qazaxıstanın qonağı olacaq, Belarus seçməsi isə Slovakiya kollektivini qəbul edəcək.