UEFA Millətlər Liqasının qrup mərhələsində I tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, sonuncu oyun günündə A, B və C Liqalarında 7 qarşılaşma oynanılıb.
A Liqasının 3-cü qrupunda son Avropa çempionu İtaliya Almaniyanı qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Qrupun digər matçında İngiltərə səfərdə Macarıstana uduzub - 0:1.
C Liqasının 1-ci qrupunda Türkiyə Farer Adalarını darmadağın edib - 4:0. Lüksemburq isə səfərdə Litvanı yenib - 2:0.
UEFA Millətlər Liqası
I tur
A Liqası
3-cü qrup
20:00. Macarıstan - İngiltərə - 1:0
Qol: Dominik Soboslai, 66
22:45. İtaliya - Almaniya - 1:1
Qollar: Lorentso Pelleqrini, 70 - Yozua Kimmix, 73
B Liqası
1-ci qrup
17:00. Ermənistan - İrlandiya - 1:0
Qol: Eduard Spertsyan, 74.
3-cü qrup
20:00. Finlandiya - Bosniya və Herseqovina - 1:1
Qollar: Teemu Pukki, 45+1 - Smail Prevlyak, 90+3
22:45. Monteneqro - Rumıniya - 2:0
Qol: Stefan Muqoşa, 66. Marko Vukçeviç, 87.
C Liqası
1-ci qrup
20:00. Litva - Lüksemburq - 0:2
Qolar: Danel Sinani, 44. 78
22:45. Türkiyə - Farer Adaları - 4:0
Qollar: Cengiz Ünder, 37. Halil Dervişoğlu, 47. Serdar Dursun, 82. Merih Demiral, 85.