Qətərdə keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatına Avropa zonasından son vəsiqənin sahibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, Uels yığması 64 ildən sonra bu hüquqa yiyələnib. Robert Peycin baş məşqçi olduğu kollektiv pley-off mərhələsinin final qarşılaşmasında Ukraynaya qalib gəlib - 1:0. 34-cü dəqiqədə Ukrayna millisinin futbolçusu Andrey Yarmolenko avtoqol müəllifi olub.
Uels millisi ilk və sonuncu dəfə 1958-ci il dünya çempionatında mübarizə aparıb. Həmin vaxt bu komandanın qarşısını 1/4 finalda Braziliya yığması 1:0 hesablı qələbə ilə kəsib.
Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda keçiriləcək.
------------------
Bu gün Uels və Ukrayna milli komandaları arasında 2022-ci il dünya çempionatının pley-off mərhələsinin final oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, Kardiff şəhərindəki "Kardiff Siti" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Görüşü ispaniyalı FIFA referisi Mateu Laos idarə edəcək. Bu matçın ardından Avropa zonası üzrə DÇ-2022-yə sonuncu vəsiqənin sahibi müəyyənləşəcək.
DÇ-2022, pley-off mərhələsi, final
5 iyun
20:00. Uels - Ukrayna - 1:0
Qol: Andrey Yarmolenko, 34 (öz qapısına)
Baş hakim: Mateu Laos (İspaniya)
Kardiff. "Kardiff Siti" stadionu
Qeyd edək ki, UEFA Ukraynadakı müharibə səbəbindən yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi. Ukrayna yarımfinalda Şotlandiyaya 3:1 hesabı ilə qalib gəlmişdi.