
"Qarabağ"ın futbolçusu Marko Veşoviç Monteneqro yığmasının heyətində UEFA Millətlər Liqasında Rumıniya ilə ev matçında forma geyinib.
Sportnet.az-ın məlumatına görə, cinah oyunçusunun sonadək meydanda olduğu qarşılaşma komandasının qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 66-cı dəqiqədə Stefan Muqoşa və 87-ci dəqiqədə Marko Vukçeviç vurub.
B Liqasında 3-cü qrupun digər oyununda Finlandiya Bosniya və Herseqovina ilə heç-heçə edib - 1:1.
Beləliklə, ilk turdan sonra 3 xala malik Monteneqro vahid liderdir.