
"Azər Əliyevin yerli statusunda oynaması qısa müddətdə həllini tapacaq".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin idman direktoru Zaur Əzizov yeni baş məşqçi Laurentsiu Regekampfın təqdimat mərasimində deyib.
O, müqaviləsi başa çatan futbolçularla bağlı müzakirələrə başladıqlarını da açıqlayıb: "Braziliyalı hücumçularımız Tiaqo Bezerra və Ramon Maçado barədə yaxın saatlarda rəsmi məlumat veriləcək".