Türkiyənin "Sivasspor" klubunun baş məşqçisi Sərgən Yalçın cəzalandırılıb. Sportnet.az-ın məlumatına görə, Yalçın 3 oyun komandasına texniki zonadan kömək edə bilməyəcək.
Buna onun Türkiyə kubokunda "Kayserispor"la matçda hakimə qarşı təhqiredici ifadələri səbəb olub. İntizam Komitəsi matç cəzasından əlavə mütəxəssisi 13 min TL cərimələyib.
Qeyd edək ki, "Kayserispor" - "Sivasspor" matçı 1:1 hesabı ilə başa çatıb.