Polşanın "Lex" klubunda yeni mövsüm öncəsi kapitan dəyişikliyi olmayacaq.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, bu vəzifəni əvvəlkitək Mikhael İshak yerinə yetirəcək. Yeni baş məşqçi Con van den Brom da bu məsələdə 29 yaşlı forvarda etimad göstərib.
Evdə "Qarabağ"a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda da kapitan sarğısını isveçli hücumçu daşıyacaq.
Qeyd edək ki, bu gün Poznandakı eyniadlı arenada oynanılacaq "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab qarşılaşması 1 həftə sonra Bakıda keçiriləcək.