İtaliya millisinin və "Yuventus" klubunun sabiq qapıçısı Canluici Buffon gələcək planlarından danışıb.
Sportnet.az-ın məlumatına görə, hazırda "Parma"da çıxış edən 44 yaşlı qolkiper 55 yaşınadək oynaya biləcəyini söyləyib.
Buffon karyerasını bitirəndən sonra futbolda qalacağına əmin olmadığını vurğulayıb: "Bəlkə də özümü yeni, daha sadə şəkildə sınayacağam, çünki futbolda artıq hər şeyi bilirəm. Hər şeyi yeni öyrənmək mənim üçün maraqlıdır".
Qeyd edək ki, Canluici Buffon ötən mövsüm B Seriyasında 26 oyun keçirib və 27 top buraxıb.