Fransa Liqa 1-də çıxış edən "Monako" klubu Almaniyanın "Borussiya" (Mönxenqladbax) komandasından Brel Embolonu transfer edib.
Sportnet.az-ın məlumatına görə, İsveçrə yığmasının hücumçusu ilə 4 illik müqavilə bağlanılıb. 25 yaşlı forvardın keçidinin 12,5 milyon avroya başa gəldiyi bildirilir.
Qeyd edək ki, 2021/2022 mövsümündə Brel Embolo Mönxenqladbax klubunun heyətində 31 oyuna 11 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.