Serbiyalı məşhur futbolçu Nikola Radmanoviç 54 yaşında vəfat edib.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, vetaran yarımmüdafiəçinin ölümünə şəkərli diabet xəstəliyi səbəb olub.
Radmanoviç peşəkar karyerası ərzində ölkəsinin "Vrbas", "Beçey", "Srvena Zvezda" klublarında, həmçinin İspaniya "Merida"sında çıxış edib.
O, 2009-2010-cu illərdə "Srvena Zvezda"nın o vaxtkı baş məşqçisi Vladimir Petkoviçin köməkçisi olub.