
"Şamaxı" Futbol Klubunun strukturunda kadr dəyişikliyi həyata keçirilib.
Bölgə təmsilçisindən Sportnet.az-a verilən məlumata görə, mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov texniki qeydiyyat şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib.
İdarə Heyətinin digər qərarı ilə Yusif Hüseynov mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.