"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqibi olan Macarıstanın "Ferentsvaroş" klubu daha bir transfer etməyə hazırlaşır.
Sportnet.az xəbər verir ki, Budapeşt klubu Kiprin "Omonia" klubuna keçəcəyi gözlənilən kamerunlu hücumçu Didye Lamkel Zeyə təklif göndərib.
25 yaşlı hücumçu Kiprə səfər edib, 31 iyulda 3 illik müqavilə razılaşdırılsa da, tibbi müayinədən müxtəlif bəhanə ilə keçmək istəməyib. "Omoniya" yaydığı açıqlamada, idmançının Budapeştə səfər etdiyini və bu addımına görə FIFA-ya müraciət edəcəyini açıqlayıb.
Qeyd edək ki, Lamkel Zenin transfer dəyəri 3,5 milyon avrodur. Onun transferi reallaşarsa, "Ferentsvaroş"un Tunis əsilli fransalı yarımmüdafiəçisi Aissa Laiduni ilə birgə Macarıstan çempionatının ən bahalı futbolçusu olacaq.