İngiltərə "Liverpul"u futbolçusu Diequ Jotanın müqavilə müddətini uzadıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı hücumçu ilə 5 illik yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, 26 yaşlı forvard Mersisayd təmsilçisinə 2020-ci ilin sentyabrında 45 milyon avro qarşılığında "Vulverhempton"dan keçib. İndiyədək "Liverpul"da 85 oyun keçirmiş Portuqaliya millisinin üzvü 34 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.