"Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi olan Avstriyanın "Rapid" klubu Bakıya yola düşüb.
Sportnet.az-ın xəbərinə görə, komanda Avstriyanın paytaxtı Vyanadan Bakıya 2800 km yol qət etməli olacaq.
Saat 19:15-dən etibarən "Rapid"in baş məşqçisi Ferdinand Feldhoferin "Bakcell Arena"da mətbuat konfransı və məşqi olacaq.
Qeyd edək ki, "Neftçi" "Rapid"ə qarşı ilk oyununu avqustun 4-də Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.