1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Sabiq baş məşqçi baş katibi istefaya çağırdı
Çernoqoriya millisinin sabiq baş məşqçisi Zoran Lemaiç yerli futbol federasiyasının baş katibi Momir Djurdevatsı istefaya çağırıb. Sportnet.az-ın məlumatına görə, buna səbəb AVRO-2016-nın seçmə mərhələsində keçirilən Çernoqoriya - Rusiya oyununda baş verənlərdir.
Matçın yarımçıq dayandırılmasına toxunan Lemaiç fikrini bu cür izah edib: "Çernoqoriya Futbol Assosiasiyasının üzvlərindən biriyəm. Oyunda baş verən biabırçı epizodla bağlı baş katibin bəyanatını gördük. Bu səbəbdən bir sual vermək istəyirəm: Bir oyun için polislərlə 4 ay hazırlıq prosesi keçmisiniz. Bəs sizin məsuliyyətiniz hanı? Mən əminəm ki, bu, Çernoqoriya futbolu və ölkə üçün fəlakətdir. Baş katib istefa versəydi, daha yaxşı olardı. Burada şəxsi heç nə yoxdur".
Qeyd edək ki, oyunun 67-ci dəqiqəsində Roman Şirokovun penaltini yerinə yetirə bilməməsindən sonra meydana yenidən yad əşyaların atılması matçda fasilə yaranmasına səbəb olub. Bu dəfə baş hakim komandaları paltardəyişmə otağına göndərib və oyun birdəfəlik dayandırılıb.