"Neftçi" Avstriyada “Rapid” (Vyana) komandasına qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda dəstəksiz qalmayacaq.
Sportnet.az xəbər verir ki, "ağ-qaralar"ın tribunada 100-dən çox azarkeşi olacaq. "Neftçi" azarkeşləri stadionun 6-cı və 7-ci sektorlarında yer alacaqlar.
Qeyd edək ki, bu gün "Allianz" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. "Neftçi" ilk görüşdə rəqibini 2:1 hesabı ilə məğlub edib. Bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) – "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcək. Lixtenşteyndəki ilk oyunda qalib müəyyənləşməyib - 1:1.