Mingəçevirin "Energetik" klubunun qapıçısı Emin Abbasov cəzalandırılıb. Sportnet.az-ın məlumatına görə, AFFA-nın İntizam Komitəsi I Divizionun son turunda "Rəvan"la qarşılaşmada baş verənlərə görə, 32 yaşlı əlcək sahibini 4 oyunluq yaşıl meydanlardan kənarlaşdırıb.
Buna səbəb Abbasovun matçın 5-ci dəqiqəsində oyunun hakimini təhqir etməsi olub. "Energetik" isə futbolçunun bu hərəkətinə görə, 400 manat cərimələnib.
Qeyd edək ki, "Energetik" - "Rəvan" matçı 0:3 hesabı ilə başa çatıb.