Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya İtaliyanın "Napoli" klubunda yeni nailiyyətə imza atıb.
Sportnet.az "Orta Sport" nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı hücumçu 2003/2004 mövsümündən sonra Neapol təmsilçisindəki debüt oyununda qol və məhsuldar ötürmə ilə yadda qalan ilk oyunçudur.
Kvaratsxeliya "Verona"nı səfərdə 5:2 hesabı ilə məğlub etdikləri I tur oyununda buna nail olub. O, 37-ci dəqiqədə hesabı bərabərləşdirən qola imza atıb. Forvard 55-ci dəqiqədə polşalı Pyotr Zyelinskinin qol vurması üçün məhsuldar ötürmə verib.
Qeyd edək ki, Xviça Kvaratsxeliya Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.