Yaşar Vahabzadə Gəncənin "Kəpəz" futbol komandasının baş məşqçi postundan istefaya göndərilib.
Spornet.az-ın məlumatına görə, bu barədə qərar klub rəhbərliyi ilə 62 yaşlı mütəxəssis arasındakı görüşdə qəbul olunub.
Görüşdə komandanın nəticələri təhlil olunub və qarşılıqlı razılıq əsasında Vahabzadə, eləcə də məşqçilər korpusuna daxil olan məşqçilərlə müqaviləyə xitam verilib.
Onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Qeyd edək ki, "Kəpəz" bu mövsüm Misli Premyer Liqasındakı ilk 4 oyununun hamısını məğlubiyyətlə başa vurub.