UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan Fransanın "Nant" klubu qitəmiqyaslı turnir üçün geyim formasını təqdim edib.
Sportnet.az-ın məlumatına görə, "Macron" firmasının hazırladığı geyim qara rəngdədir. Formanın qollarında Avropa Liqasının loqosu yer alıb.
18 ildən sonra qitə miqyasına Fransa Kubokunun sahibi kimi qayıdan "Nant" G qrupunda ilk oyununu sentyabrın 8-də evdə Yunanıstan "Olimpiakos"una qarşı keçirəcək. Sentyabrın 15-də Fransa təmsilçisi Bakıda "Qarabağ"ın qonağı olacaq.
Oktyabrın 6-da Almaniyada "Frayburq"la səfər, oktyabrın 13-də isə ev oyunu nəzərdə tutulub. Oktyabrın 27-də "Qarabağ"ı qəbul edəcək "Nant" qrup mərhələsinə noyabrın 3-də "Olimpiakos"a qarşı səfər matçı ilə yekun vuracaq.
???????????????????????? ????'???????????????????????? ✨#VivonsLEurope │ #UEL pic.twitter.com/yzJvtD9SEv
— FC Nantes (@FCNantes) August 30, 2022