İsveçrə yığmasının qadın futbolçusu Ramona Baxmann Uelslə dünya çempionatının pley-off oyununda qol vurduqdan sonra futbolkasını əynindən çıxarıb.
Sportnet.az-ın məlumatına görə, ilk yarının sonlarında fərqlənən hücumçu bərabərlik qolunun sevincini bu cür qeyd edib. Referi ona sarı vərəqə göstərib.
31 yaşlı oyunçu Fransa çempionatında PSJ-nin heyətində çıxış edir. O, İsveçrə millisində 2007-ci ildə 16 yaşında ikən debüt edib.
Baxmann 2015-ci ildə Kanadada keçirilmiş dünya çempionatı vaxtı qadın futbolun lesbiyanlığın normal hal olduğunu açıqlayıb. Ulduz futbolçu uzun müddət yığmanın digər üzvü Alişa Lemann ilə münasibətdə olub. Lemann isə İngiltərə "Aston Villa"sının braziliyalı kişi futbolçusu Duqlas Luisin sevgilisidir.
Qeyd edək ki, İsveçrə Uelsi əlavə vaxt qolu ilə məğlubiyyətə uğradıb - 2:1.