"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının 2023-cü il üçün əsas namizədləri bəlli olub.
Sportnet.az xəbər verir ki, "Goal" nəşrinin ilkin proqnozuna əsasən, birinci pillədə Fransa PSJ-sində çıxış edən Argentina millisinin futbolçusu Lionel Messi qərarlaşıb.
İkinci və üçüncü sırada onun komanda yoldaşları Neymar (Braziliya) və Mbappe (Fransa) yer alıb.
İlk "10-luğ"u müqaviq olaraq Erlinq Holann ("Mançester Siti, Norveç), Robert Levandovski ("Barselona", Polşa), Vinisius Junior ("Real Madrid", Braziliya), Kevin De Brüyne ("Mançester Siti", Belçika), Kərim Benzema ("Real Madrid", Fransa), Məhəmməd Salah ("Liverpul", Misir) və Fil Foden ("Mançester Siti", İngiltərə) qapayır.
İtaliya "Napoli"sində çıxış edən Gürcüstan millisinin üzvü Xviça Kvaratsxeliya 15-ci olub.
Reytinq oyunçuların mövsümün əvvəlindəki çıxışlarına əsasən tərtib olunub.