"Qarşılaşmada istənilən nəticə qeydə alına bilər".
Sportnet.az xəbər verir ki, bunu "Sabah"ın futbolçusu Con İrasabal "Neftçi"yə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XI tur oyunu ilə bağlı danışarkən deyib.
26 yaşlı yarımmüdafiəçi komandaların bir-birinə yaxın səviyyədə olduğunu bildirib: "Rəqabətli matç olacaq. Əlimizdən gələni edəcəyik ki, matçdan müsbət nəticə ilə ayrılaq".
Qeyd edək ki, oktyabrın 23-də "Bakcel Arena"da oynanılacaq "Neftçi" - "Sabah" görüşü saat 18:30-da başlayacaq. (Report)