21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Məhəmməd Mustafa Yıldırım Türkiyədə klubunu dəyişib.
Sportnet.az-ın məlumatına görə, 20 yaşlı hücumçu "İstanbulspor"dan ayrılaraq "Çorum" komandasına keçib.
Forvardla 2,5 illik müqavilə imzalanıb. Yıldırım mövsümün ikinci yarısında komandanın formasını geyinəcək.
Qeyd edək ki, Mustafa Yıldırım 2020-ci ildən Azərbaycanın U-21 yığmasında çıxış edir. Oyunçu ötən ay İstanbul təmsilçisinə 1 milyon lirə təzminat ödəyərək klubdan ayrılıb.