Almaniyanın "Bavariya" klubu futbolçusu Lukas Ernandesin müqaviləsinin müddətini uzatmağı planlaşdırır.
Sportnet.az "Bild" nəşrinə istinadən xəbər verir ki, tərəflər arasındakı ilkin danışıq müsbət yekunlaşıb.
Münhen təmsilçisi Qətərdəki dünya çempionatı başa çatdıqdan sonra 26 yaşlı müdafiəçi ilə yeni sözləşmə imzalayacaq.
Qeyd edək ki, Fransa millisində çıxış edən Lukas Ernandes DÇ-2022-nin I turunda Avstraliyanı 4:1 hesabı ilə məğlub etdikləri görüşdə zədələnib. Sağ diz çarpaz bağı yırtılan oyunçu əməliyyat ediləcək. Ernandesin "Bavariya" ilə hazırkı müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.