"Kəpəz"in futbolçusu Fərid Nəbiyev komandanın mövsümün ikinci yarısına hazırlığını dəyərrləndirib.
Sportnet.az xəbər verir ki, o, klubun televiziyasına açıqlamasında çempionatın ikinci hissəsində azarkeşləri sevindirmək istədiklərini bildirib.
"Bir müdət sonra təlim-məşq toplanışı üçün Antalyaya yolanacağıq. Fiziki hazırlığa daha çox üstünlük verəcəyik. Antalya da yoldaşlıq görüşləri də keçiriləcək. Çempionat başlayandan sonra azarkeşləri sevindirmək istəyirik. Gəncəli tərəfdarlar çox çılğındır, hər oyun qələbə gözləyirlər. Oyunlarda stadiona yetərincə azarkeş gəlir, onları razı salmalıyıq”.
Qeyd edək ki, “Kəpəz” yanvarın 7-də Türkiyəyə yollanacaq. Gəncə təmsilçisi burada “MTK Budapeşt” (Macarıstan - 14 yanvar), “Novi Pazar” (Serbiya - 16 yanvar) və “Kaysar”la (Qazaxıstan - 18 yanvar) yoxlama görüşlərində qarşılaşacaq.