"Əla qol vuran "Neftçi”yə qarşı yaxşı oyun keçirdik. Hər iki hissədə məşqdə yerinə yetirdiyimiz elementləri göstərə bildik".
Sportnet.az xəbər verir ki, bunu Macarıstanın "Vaşaş" klubunun baş məşqçisi Elemer Kondas Türkiyənin Antalya şəhərində "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.
O, çoxlu qol vəziyyəti yaratdıqları üçün sevindiyini bildirib: "Lakin şansları dəyərləndirməkdə problemlər oldu. Qapıçılarımızın birinci hissədə demək olar ki, işi olmadı. Rəqibin qolkiperi isə bir neçə dəfə komandasını xilas etdi. Oyundan razı qaldım"
“Vaşaş”ın hücumçusu David Zimonyi isə bunları söyləyib: "Düşünürəm ki, ilk oyunla müqayisədə yaxşı çıxış etdik. Mən də komanda yoldaşımın ötürməsindən sonra topu uzaq küncə vuraraq fərqlənə bildim. Biz Bakı komandasının çox yaxşı güc nümayiş etdirdiyini gördük. Lakin oyundakı epizodlarımıza əsasən deyə bilərəm ki, matçı kökündən dəyişə bilərdik”.