Türkiyənin “Beşiktaş” klubu futbolçusu Vout Veqhorstla müqaviləni ləğv edib.
Sportnet.az xəbər verir ki, İstanbul təmsilçisi Niderland millisinin hücumçusu ilə yollarını ayırdığını açıqlayıb.
“Ağ-qaralar” mövsümün əvvəlində 31 yaşlı forvardı İngiltərə klubu “Bernli”dən birillik icarəyə götürsə də, vaxtından tez sözləşməyə xitam verilib. Buna səbəb Veqhorstun Premyer Liqa təmsilçisi “Mançester Yunayted”lə anlaşmasıdır. O, mövsümün ikinci yarısını icarə əsasında “qırmızı şeytanlar”da keçirəcək. Bu keçid “Beşiktaş”a 3 milyon avro qazandırıb.
Qeyd edək ki, Vout Veqhorst 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Argentina ilə oyunda 2 qol vurub.