Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Stefan Kuntz əməliyyat olunub.
Sportnet.az xəbər verir ki, almaniyalı mütəxəssis ölkəsində dizindən əməliyyat keçirib.
Türkiyə Futbol Federasiyası prosesin uğurlu alındığını, çalışdırıcının tezliklə işinin başında olacağını açıqlayıb.
Qeyd edək ki, Stefan Kuntz 2021-ci ilin sentyabrından Türkiyə yığmasını çalışdırır.