Almaniyalı mütəxəssis Yurgen Klopp İngiltərə Premyer Liqasının "Liverpul" klubunun baş məşqçisi postunu könüllü tərk etmək fikrində deyil.
Sportnet.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Mənbələr qeyd edir ki, mersisaydlıların rəhbərliyi komandanın qeyri-qənaətbəxş nəticələrinə əhəmiyyət verməyərək, məşqçinin mövqeyini tam dəstəkləyir. Bununla belə, Britaniya klubu qış transfer pəncərəsində yeni futbolçular almağı planlaşdırmır.
“Liverpul” hazırda 28 xalla Premyer Liqanın turnir cədvəlində 9-cu yerdədir və turnir cədvəlinin lideri, London “Arsenal”ından 19 xal geri qalır.
Klopp 2015-ci ildə "Liverpul"un sükanı arxasına keçib. Onun klubla müqaviləsi 2026-cı ilə qədərdir.
Klopp ötən ilin noyabrında bu komandanın sükanı arxasında 400-cü oyununa çıxıb. O, mersisaydlıların tarixində bu göstəriciyə çatan dördüncü mütəxəssis olub.