
“Sumqayıt” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, “gənclik şəhəri” təmsilçisi Rusiya klubu “Krılya Sovetov”la qarşılaşıb.
“Titanic Mardan” hotelinin meydançasında baş tutan oyunda Azərbaycan komandası 0:1 hesabı ilə məğlub olub. “Krılya Sovetov” qalibiyyət qolunu 87-ci dəqiqədə vurub. Bununla Antalya toplanışını tamamlayan Samir Abasovun komandası sabah Vətənə qayıdacaq.
Qeyd edək ki, “Sumqayıt” Türkiyədə keçirdiyi ilk yoxlama görüşündə Serbiya klubu “Radnik”i 2:1 hesabı ilə məğlub edib.