Sportnet.az “Sabah”ın futbolçusu Kristian Da Silvanın müsahibəsini təqdim edir:
- Mövsümün ikinci yarısına hazırlıqlar necə gedir?
- Hazırlıqlar yaxşı gedir. Türkiyədə hazırlıq üçün hər cür şərait var. Fikrimcə, təlim-məşq toplanışının sonuna kimi mövsümün ikinci yarısına tam hazır olacağıq.
- İlk yarıdakı yorğunluğu üzərinizdən tam ata bilmisiniz?
- Əlbəttə, Antalya toplanışına gələndə mövsümün ilk yarısında olan yorğunluğu üzərimizdən atmaq, istirahət etmək üçün kifayət qədər vaxtımız oldu. Hər birimiz mövsümün ikinci yarısına hazır olmaq üçün öz üzərimizdə səylə çalışırıq.
- İnsanların bizim çıxışımız barədə bu cür düşünməsi çox xoşdur. Doğrudan da, mövsümün ilk yarısında yaxşı nəticə qazandıq. Lakin bununla kifayətlənmək olmaz. Qarşıda bizi uzun marafon gözləyir. Əlimizdən gələni edəcəyik ki, eyni tempdə davam edək.
- Çempionatın lideri “Qarabağ”dan 7 xal geri qalırsınız. Onlarla çempionluq mübarizəsində şansınızı necə görürsünüz?
- Biz turnir cədvəlinə baxmırıq. Yalnız hər növbəti matçımıza köklənirik.
- Şəxi planda qeyri-stabil göründünüz, əsas heyətin daimi üzvü deyildiniz. Bu, sizi narahat etmir?
- Bildiyiniz kimi, mövsüm başlamamış zədə almışdım. Bu səbəbdən əməliyyat olundum. Düzü, bu cür zədəni heç gözləmirdim. Əməliyyatdan sonra bərpa olunmaq üçün müəyyən vaxta ehtiyac var idi. Məhz bu üzdən mövsümün ilk yarısının böyük hissəsində komandama kömək edə bilmədim. Ancaq indi özümü yaxşı hiss edirəm. İnanıram ki, ikinci yarıda komandamın uğurlarına öz oyunumla töhfə verəcəyəm.
- Bunu demək çətindir. Hər liqanın özünəməxsus, spesifik xüsusiyyətləri var. Sadəcə onu deyə bilərəm ki, Azərbaycan çempionatında oynamaq heç də asan deyil. Burada da yaxşı komandalar var.
Report.az