İngiltərə millisinin futbolçusu Harri Keyn karyerasını "Tottenhem"də davam etdirmək istəyir.
Sportnet.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu London təmsilçisi ilə müqaviləni uzatmağa hazırdır.
Komandanın son oyunlardakı nəticələri forvardın klubdakı gələcəyi ilə bağlı narahatlıqları artırıb. Bununla belə, Keyn sözləşməsinin uzadılmasını nəzərdən keçirəcək.
Qeyd edək ki, Harri Keyn 2009-cu ildən "Tottenhem"in əsas komandasında çıxış edir. Onun hazırkı müqaviləsi 2024-cü ilin yayınadək qüvvədədir.